Türkiyədən yenicə qayıdan Elza Seyidacahan ona verilən hədiyyələrdən danışıb.
“Telemaqazin”ə bu barədə açıqlama verən Elza aldığı hədiyyələrin içində “qırmızı kitab”ı xüsusilə vurğulayıb.
Sən demə, müğənni heyvanlara konsert verdiyi üçün adı “qırmızı kitaba” düşüb:
“Mən bu vaxta qədər “qırmızı kitab”ı görməmişdim. Bəlkə də mənim qüsurumdur. Amma indi mənə bu kitabı verdilər. Adımı da ora salıblarmış. Heyvanların müdafiəsi üçün konsert verdiyim üçün mənim adım da oraya daxil olub”.
Show.az