Dünyada ilk dəfə - «uşaq fabriki»
05 oktyabr 2013 07:34 (UTC +04:00)

Dünyada ilk dəfə - «uşaq fabriki»

Dünyada ilk dəfə Hindistanda ixtisaslaşmış surroqat analıq (döl daşıyan ana) klinikası açılıb.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, yüzə yaxın qadın əcnəbilər də daxil olmaqla çeşidli ər-arvad cütlüyünün körpəsini dünyaya gətirməyə hazırlaşır.
 

Mənbə bildirib ki, həmin kommersiya klinikası ölkənin Qudjart ştatının Ananda şəhərində yerləşir. Son 10 ildə orada 600-ə yaxın oxşar yolla körpə dünyaya gəlib.

 

Hindistan qanunları bu sayaq «biznes»ə imkan verir. Bu yolla hakimiyyət dünyadakı övladsız insanları ölkəyə cəlb etməyə çalışır. Döl daşıyan anaların sayəsində hər il milyard dollardan  artıq gəlir əldə edilir.

 

Klinika doktor Nayani Patel tərəfindən qurulub. O, az təminatlı ailələri istismarda ittiham olunur. Çünki belə ana rolunda bir qayda olaraq, az təminatlı ailənin qadınları razılıq verir. Patelin tənqidçiləri onun klinikasını «uşaq istehsal zavodu», «uşaq fabriki» adlandırırlar.

 

Bir uşağın «istehsal» edən «ana»ya  8 min dollar verilir. Bu pula həmin ailə özünü ev tikə və öz  uşaqlarını yaxşı məktəblərdə oxuda bilər. Bəzi qadınlar «fabrikə» dəfələrlə qayıdır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1232
avatar

Oxşar yazılar