Bülənt Ərsoy xəstəxanaya yerləşdirilib
22 oktyabr 2014 11:53 (UTC +04:00)

Bülənt Ərsoy xəstəxanaya yerləşdirilib

Türkiyənin tanınmış müğənnisi,  Bülənt Ərsoyun bir həftədir ki, Özəl Ataköy Xəstəxanasına yerişdirildiyi məlum olub. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, 62 yaşlı ifaçı oktyabrın 11-də çıxış etdiyi konsertdən dərhal sonra xəstəxanaya çatdırılıb. Bir çoxları onun ayağındakı yara ilə bağlı müalicə aldığını güman etsə də, ifaçının xəstəliyin əsl səbəbi qaraciyərində olduğu məlum olub.  

 

B.Ərsoyun yerləşdirildiyi xəstəxanadan verilən məlumata görə, tanınmış müğənni qaraciyərində yaranan ləkələrlə əlaqədar olaraq hər kəsdən gizli, xəstəxanada müalicə alır. O,  hər dəfə xəstəxanaya 3 cangüdənin müşayiəti ilə gəlir.  

# 1462
avatar

Yalçın UĞUR

Oxşar yazılar