“Eurovision-2014” təmsilçimiz Azərbaycan təmsilçisi Dilarə Kazımova promo-tur çərçivəsində Budapeştdə yola düşüb. Lent.az-ın məlumatına görə, Macarıstan onun tur çərçivəsində iştirak etdiyi 3-cü ölkədir. Bundan öncə Niderland Krallığında və Litvada olan D.Kazımova bu gün Macarıstanın “Eurovision-2014” təmsilçisi Andraş Kallay-Sonderslə görüşəcək. Görüşdən dərhal sonra isə onlar Macarıstanın «Ma Reggel» səhər şousunda iştirak edəcəklər. Verilişdən sonra ifaçıların mətbuatla görüşü planlaşdırılır.
İfaçıların işləri bununla bitmir. Daha sonra iki ölkə təmsilçiləri «Kívánságkosár» teleşousunda çıxış edəcəklər. Sonda D.Kazımova «Híradó» xəbərlər proqramına müsahibə verəcək və bir neçə yerli radiostansiyaların qonağı olacaq. Həmin gün o, “adal2014.hu” saytının istifadəçilərinin suallarını on-layn cavablandıracaq.
Xatırladaq ki, D.Kazımovanın promo-tur çərçivəsində səfər edəcəyi növbəti ölkə Rusiya, Gürcüstan və Malta olacaq.