Coşqun Rəhimovun qızının qadağalı toyundan
17 iyun 2014 10:40 (UTC +04:00)

Coşqun Rəhimovun qızının qadağalı toyundan

 

Ötən gün “Bu şəhərdə” komandasının aktyoru, yumor ustası Çoşqun Rəhimovun qızının toyu olub. Lent.az-ın məlumatına görə, paytaxt məkanlarının birində keçirilən gecəyə şou-biznesin tanınmış simaları qatılıb. Belə ki, qonaqlar arasında xalq artistləri Afaq Bəşirqızı, Firəngiz Mütəllimova, İlhamə Quliyeva, əməkdar artist Zaur Əmiraslanov, Gülyanaq, Gülyaz Məmmədova, Vəfa Zeynalova, Tünzalə Əliyeva, müğənnilərdən Elariz Məmmədoğlu, Xatun Əliyeva, Xatirə İslam, Rüfət Axundov, rəqqasə Fatimə, prodüser Aysel Məhəmməd və başqaları olub. Toya gələn məşhurlar xatirə şəkli çəkdiriblər.

 

 

 

Onu da əlavə edək ki, C. Rəhimov bu xeyir işlə bağlı bir neçə gün öncə həyat yoldaşı ilə birgə mediaya müraciət etmişdi. Müraciətdə bildirilirdi ki, övladlarının xeyir işi mətbuatda işıqlandırılmasın.

 

Qeyd edək ki, toyda bəy və gəlinin şəklinin çəkilməsinə icazə verməyib.
 

 

C.Rəhimovun qızının toyundan olan şəkilləri təqdim edirik.

                                                                                                                                     

 

# 11645
avatar

Yalçın UĞUR

Oxşar yazılar