Bu gün gənc bəstəkar-müğənni Pərviz Mahmudovun toyudur. Lent.az-a açıqlama verən bəstəkar bildirib ki, toyu mediaya qapalı olacaq: “Allah bütün subaylara bu xoş günü nəsib etsin. Toyumda yalnız mənə yaxın olan dostlar və sənət adamları iştirak edəcək. Amma əziz media nümayəndələrindən və toyuma gələn bir çox tanınmış simalardan bir xahişim var. Toyumda şəkil çəkdirib, “İnstagram” səhifələrində paylaşmasınlar. Yəqin mənim bu xahişimi yerə salmarsınız. Anlayışınız üçün təşəkkür edirəm”.
Xatırladaq ki, toyu ATV-nin aparıcısı Rüfət Ağayev və "Space"in aparıcısı Vüsalə Kərimova idarə edəcək. Xeyir işin təşkilatçısı isə Təranə Səmədovadır.
Qeyd edək ki, P.Mahmudov Brilliant Dadaşova, Röya, Sevda Yəhyayeva, Günay İbrahimli və digər müğənnilərlə çalışıb.