Britaniya hökumətinin başçısı Devid Kemeronun yatarkən, baldızının yataq otağında çəkilən foto ölkədə şok yaradıb.
İngiltərənin baş naziri Devid Kemeron həyat yoldaşı Samantanın bacısı Alisanın toy günü instagramda çəkilən fotoda arxa tərəfdə ayaqyalın və yanında məşhur qırımızı çantası yatarkən görünür.
Lent.az-ın Türkiyə informasiya vasitələrinə istinadən məlumatına görə, İngiltərə qəzetlərində yayımlanan bu şəkil ölkədə çaşqınlıq yaradıb. Ancaq sonradan burada baş nazirin suçsuz olduğu aydınlaşıb.
Foto Alisanın ögey bacısı Emilya tərəfindən çəkilib, instagrama qoyulub və sonradan oradan da silinib. Kemeronun öz qırımız çantasına gəlincə, onun bunu bir müddət öncə qatarda unutduğu müəyyənləşib.