Brilliant Dadaşovadan sərt sözlər: <span style="color:red;">"Qudurmasınlar"
27 sentyabr 2014 10:47 (UTC +04:00)

Brilliant Dadaşovadan sərt sözlər: "Qudurmasınlar"

Xalq artisti Brilliant Dadaşova növbəti dəfə “od püskürüb”. Lent.az-ın məluamtına görə, ifaçı “facebook” səhifəsində onunla duet oxuyanlara səslənib: "Mirzə dayı (Mirzə Babayev) ilə ifa mənə rahatdır. 86 yaşlı insanın səsi mükəmməldir. Heyf... Tamamilə peşəkar insanlarla - Akif İslamzadə, Mirzə dayı ilə duetlər oxumuşam. Məni qınayıb-inciyənlər, bu cür ifalardan sonra necə sizinlə duet oxuyum? Onlardan sonra etiraz etməyə üzüm gəlməyib. Odur ki, duet oxuduqlarım qudurmasınlar. Gedib papaqlarını göyə atsınlar".

 

 

Qeyd edək ki, B.Dadaşova bu günə qədər əməkdar artist Abbas Bağırovla “Sənsiz”, müğənni Samir Bağırovla “Yalvarıram”, reper Anar Nağılbazla “Mən səni sevirəm” adlı mahnılarını duet ifa edib. Xalq artisti hazırda A.Bağırovla küsülüdür. Onun bu statusu məhz Abbasa ünvanladığı güman edilir.

 

# 1807
avatar

Yalçın UĞUR

Oxşar yazılar