Bir neçə ay öncə Türkiyədə “Liv Hospital”da ağır beyin əməliyyatı keçirən Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Firəngiz Mütəllimovadan xəbər var. Lent.az-a açıqlama verən aktrisa bildirib ki, o, yenidən Türkiyəyə əməliyyat olunduğu xəstəxanaya yola düşür: “Bildiyiniz kimi, bir neçə ay öncə hətta öz yaxınlarımdan xəbərsiz Türkiyədə əməliyyat keçirdim. Bu əməliyyatdan yalnız bacım Nərgiz agah idi. Ağır prosesdən sonra Bakıya qayıdıb, media mənsublarını bir araya yığaraq, haqqımda məlumat verdim. İndi şükürlər olsun ki, özümü normal hiss edirəm. Müalicəmin ilkin prosesini geridə qoydum. İndi növbəti müayinə prosesindəyəm. Üç gün sonra, yəni ayın 20-si səhər saatlarında Türkiyəyə “Liv Hospital”a gedirəm. Orada həkimim Hakan Oruc Kaptanla görüşəcəm. İnşallah, hər şeyin yaxşı olacağına inanıram”.
3357