Beyni ölən qadın sağlam uşaq doğub
14 noyabr 2013 07:17 (UTC +04:00)

Beyni ölən qadın sağlam uşaq doğub

Macarıstanda beyni ölmüş qadın sağlam körpə dünyaya gətirib. Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda «ABC Nyus» xəbər yayıb.

 

Mənbə bildirib ki, həkimlər körpəni xilas etmək üçün beyni 3 ay dayanan qadını saxlayıblar.

 

Hamiləliyinin 15-ci həftəsində qadın insult keçirib. Bu isə onun beyninin dayanması ilə nəticələnib. Teleşirkət bildirib ki, doğuş vaxtından qabaq olub. Hamiləlik 27 ay sürüb. Bununla belə qadın 1,4 kq-lıq sağlam körpəni öləndən sonra dünyaya gətirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2012
avatar

Oxşar yazılar