Azəri Günel canlı efirdə həbs qərarına aydınlıq gətirəcək
12 fevral 2014 11:22 (UTC +04:00)

Azəri Günel canlı efirdə həbs qərarına aydınlıq gətirəcək

Bir neçə müddət öncə mediada həbs xəbəri yayılan müğənni Azəri Günel bütün şayiələrə canlı efirdə son qoymaq niyyətindədir. Lent.az-n məlumatına görə, ifaçı haqqında dolaşan söhbətlərə türkiyəli müğənni Gülben Ergənin aparıcılıq etdiyi “Gülben Show”da aydınlıq gətirəcək. Günel bu gün saat 14:00-da başlanacaq proqramda şəxsi həyatından savayı, yaradıcılığında baş verən yeniliklərdən söz açaraq, yeni mahnılarını oxuyacaq.

 

Qeyd edək ki, bir müddət öncə Türkiyənin “Habertürk” qəzeti Günelə 6 ay azadlıqdan məhrum etmə cəzası verildiyini yazmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2442
avatar

Yalçın UĞUR

Oxşar yazılar