Azərbaycanlı prodüserin toyuna kimlər gəldi?
22 oktyabr 2014 11:15 (UTC +04:00)

Azərbaycanlı prodüserin toyuna kimlər gəldi?

Ötən gün azərbaycanlı prodüser Pərviz Əsgərovun toyu olub. Lent.az-ın məlumatına görə, Humay adlı xanımla nikah masasına əyləşən prodüserin xeyir işinə şou biznesin bir çox tanınmış simaları qatılıb. Özəl günündə həyəcanlı görünən təzə bəy təəssüratlarını bölüşməyi də unutmadı: “Xoş günümə mənə və bizim ailəyə yaxın olan insanları dəvət etmişdik. Çox sağ olsunlar ki, bu günümdə də məni dostlarım, yaxınlarım tək buraxmadı. Çox xoşbəxtəm. Allah bütün subaylara bu günü nəsib etsin”.

 

Xatırladaq ki, aparıcılığını Murad Arif və Kəmalə Piriyevanın etdiyi toya müğənnilərdən Sevda Yəhyayeva, Günay İbrahimli, Sevinc Ağaşirinova, Aysel Əlizadə, meyxanaçı Namiq Qaraçuxurlu, bəstəkar Pərviz Mahmudov və başqaları gəlmişdi.

 

Qeyd edək ki, P.Əsgərov prodüser kimi müğənni Sevda Yəhyayeva ilə işbirliyi ilə tanınıb. 

# 2630
avatar

Yalçın UĞUR

Oxşar yazılar