Azərbaycanlı müğənninin qaradərili tərəf müqabili
19 fevral 2014 18:13 (UTC +04:00)

Azərbaycanlı müğənninin qaradərili tərəf müqabili

Müğənni Elnur Məmmədov "Sonunda" adlı mahnısının klip çəkilişlərini yekunlaşdırıb. Bu barədə məlumatı Lent.az-a müğənni özü verib. İfaçı bildirib ki, klipə rejissorluğu Mako (Samir Fərzəlibəyov) edib: “Nəhayət, çoxdandır gözlədiyim klipim çəkildi. Çəkilişlər təxminən 2 gün oldu. Düşünürəm ki, fərqli və maraqlı bir klip ərsəyə gəlib. Klipdə olan tərəf müqabilim isə əcnəbi, qaradərili xanımdır. Yaxın zamanda klipi təqdim edəcəyəm”.

 

 

Onu da əlavə edək ki, E. Məmmədov Azərbaycanda yeganə müğənnidir ki, klipində ağ pələnglər də rol alacaq.  

 


Qeyd edək ki, “Sonunda” adlı bəstənin sözləri Nadoya, musiqisi Elvin Musayevə məxsusdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1238
avatar

Yalçın UĞUR

Oxşar yazılar