Azərbaycanlı reper Qurdla müğənni Sami Oruc bir araya gəlib. Bu barədə Lent.az-a ifaçının özü məlumat verib. O bildirib ki, onların bir araya gəlməsinin səbəbi birgə duet ifa etmələridir: “Sözləri və musiqisi mənə məxsus olan “Gəl” adlı mahnını Qurdla ifa etdik. Əslində bu bəstədə Bakı ab-havası var. Bəstə 20 dəqiqəyə ərsəyə gəlib. Amma buna baxmayaraq mahnının seviləcəyinə əminəm. Artıq bu mahnıya klip çəkməyi də düşünürük. Layihə prodüser Roland Bayramovun ideyası əsasında gerçəkləşəcək”.
Qeyd edək ki, reper Qurd bu günə qədər şou-biznesdə bir çox müğənnilərlə ( Samir Piriyev, İlhamə Qasımova, Aysel Əlizadə ) duet oxuyub.