Azərbaycanlı müğənni rusiyalı məşhura müraciət etdi: “Ol mənim sevgilim”
06 oktyabr 2014 21:37 (UTC +04:00)

Azərbaycanlı müğənni rusiyalı məşhura müraciət etdi: “Ol mənim sevgilim”

Müğənni Sevinc Ağaşirinova “Ol mənim sevgilim” mahnısına çəkdirdiyi klipi mediaya təqdim edib. Lent.az-ın məlumatına görə, musiqisi Rusiyanın tanınmış müğənnisi Eldar Dalqatova, sözləri Günel Əsgərovaya məxsus bəstəyə çəkilən klipin rejissoru Türkay Azəridir.

Klipini təqdim edən ifaçı təəssüratını Lent.az-a bölüşüb: “Daim yaradıcılığımda yeniliklər etməyə çalışmışam. Bu gün yeni çəkdirdiyim klipi sənət dostlarım və media nümayəndələri ilə bölüşdüm. Düşünürəm ki, fərqli alınıb. Yeni klipi paytaxtımızın mərkəzində çəkildi. Düşünürəm ki, fərqli bir iş ərsəyə gəlib.


Qeyd edək ki, təqdimat mərasimində əməkdar artist Səlim Abbasov, müğənnilər Ayan Babakişiyeva,Günay İbrahimli, Aysel Əlizadə, Əbdulxalid, Emil Bədəlov, Yaşar Yusub, Leyla Ramazanlı, Yaşar Cəlilov, Elgün Hüseynov, Sevil Sevinc bacıları, “Şarm” qrupu, prodüser Təranə Səmədova və başqaları gəlmişdi.

 

S.Ağaşirinovanın “Ol mənim sevgilim” klipini təqdim edirik.

https://www.youtube.com/watch?v=whKeL1MI2J4&feature=youtu.be

 

# 4974
avatar

Yalçın UĞUR

Oxşar yazılar