Azərbaycanlı müğənni toyunda xanımına nə sürpriz etdi?
23 sentyabr 2014 11:01 (UTC +04:00)

Azərbaycanlı müğənni toyunda xanımına nə sürpriz etdi?

Ötən gün bəstəkar-müğənni Pərviz Mahmudovun toyu olub. Lent.az-ın məlumatına görə, ziyafət zalına daxil olan cütlüyü qonaqlar alqışlarla qarşılayıb. Daha sonra gecənin əsas səbəbkarı məhz həmin gün üçün xanımına yazdığı sürpriz musiqi payını onun üçün oxuyub. İfasını bitirən bəy yerini sənət dostlarına verib.

 

Mediaya qapalı olan mərasimə şou-biznesin bir çox tanınmış simaları təşrif buyurub. Qonaqlar arasında xalq artisti Brilliant Dadaşova, müğənnilərdən Elnur Məmmədov, Roza Zərgərli, Röya, Rəqsanə İsmayılova, Günay İbrahimli, Aysel Əlizadə, Elçin Cəfərov, İlhamə Qasımova, aparıcı Murad Arif, Kamran Quliyev, Günay Rəhimova, prodüser Təranə Səmədova, Pərviz Əsgərov, dj Kazım və başqalarını görmək olardı.

 

Qeyd edək ki, gecənin aparıcıları ATV-dən Rüfət Ağayev və "Space"dən Vüsalə Kərimova, təşkilatçısı isə prodüser Təranə Səmədova idi.

 

 

P.Mahmudovun toyundan fotoları təqdim edirik.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3412
avatar

Yalçın UĞUR

Oxşar yazılar