Azərbaycanlı ifaçıdan qəfil qərar
08 oktyabr 2013 10:15 (UTC +04:00)

Azərbaycanlı ifaçıdan qəfil qərar

Vokal ifaçısı Lətifə Soyuöz qalmaqallı məhkəmə mövzusuna bir dəfəlik son qoyacaq. Müğənninin Lent. az-a verdiyi məlumata görə, o, bu məsələ ilə bağlı gələn çoxsaylı zənglərdən və suallardan bezib rəsmi açıqlama vermək qərarına gəlib: “Bu məsələ məni narahat etsə də çalışırdım ki, dözəm və emosiyalarımı cilovlayam. Amma artıq çox əsəbiləşmişəm. Mətbuata çıxmağını istəməsəm də artıq başa düşürəm ki, buna elə mətbuat vasitəsi ilə son qoymaq lazımdır. Mənim kimlə məhkəməm olacaq, ümumiyyətlə, nə baş verdiyinə hamısına noyabrda son qoyacağam. İndi başım yeni layihəmə qarışıb”.

 

Qeyd edək ki, müğənninin məhkəmə prosesində jurnalistlər də iştirak edəcəklər.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1951

Oxşar yazılar