Azərbaycanlı aktrisa Pərvin Abıyeva Türkiyə mətbuatına müzakirələrə səbəb olacaq müsahibə verib. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, aktrisa türkiyəli müğənni Rafet El Romanla sevgili olması xəbərinə aydınlıq gətirərkən azərbaycanlı kişiləri isə təhqir edib: “O, çox romantikdir. Bilmirəm, mənə elə gəlir, amma ümumi mənada sevimli görünüşü var. Bizim Azərbaycan kişiləri belə deyil...Onlar bir az kobud və köhnə fikirlidirlər. Türkiyə kişiləri qədər romantik deyillər”.
Bu müsahibədən sonra tənqid olunduğunu görən P.Abıyeva sosial şəbəkədə status yazıb: “Nədi, yenə nə daş düşüb bəzilərinin başına? Demişəm, yaxşı eləmişəm. Nə gözləyirdiniz, yalan deyim ki, yaxşısınız? Tərbiyəsiz yazılar, söyüşlər, təhqirlər ancaq bizim oğlanlardan çıxır. Gördüyüm tək şey bizim kişilərin qadınlara sevgi göstərməməsidir. Söydüyünüz söyüşlər də əzizlərinizə getsin”.

Azərbaycanlı aktrisa Türkiyədə Azərbaycan kişilərini təhqir etdi
Oxşar yazılar

“Dörd evimiz var, çoxdur?” – Hollivud ulduzu
18 avqust 2025 , 19:19
Timatinin sevgilisi doğuşdan bir gün sonra
18 avqust 2025 , 17:24
Müğənni Dəniz Əsədovanın cəzası artırıldı
18 avqust 2025 , 14:58
Məşhur ULDUZ 6 ay gəzə bilmədi
18 avqust 2025 , 13:38
“Ölən” məşhurdan aqressiv reaksiya: “Çox yaxşıyam”
18 avqust 2025 , 12:38
Rəqsanənin əri danışdı - Məni ölkəmə göndərin
18 avqust 2025 , 10:56
"Jrokez" ləqəbli Oğuzhan necə öldü?
18 avqust 2025 , 10:41