Mayın 17-18 də Bolqarıstanın Varna şəhərində keçiriləcək “Discovery İnternational Pop Music” festivalda Azərbaycan da təmsil olunacaq. Lent.az-ın məlumatına görə, ölkəmizi bu yarışmada müğənni Kəmalə Qaramollayeva təmsil edəcək. Gənc müğənni festival günlərində iki mahnı oxuyacaq. Kəmalə müsabiqənin ilk günü tanınmış müğənni Beyonsun (Beyonce) repertuarından "Listen", ikinci gün isə bəstəsi Rəhim Rəhimliyə aid "Aman" adlı mahnını ifa edəcək.
Qeyd edək ki artıq 23 ildir ki keçirilən “Discovery Pop Music” festivalın səhnəsində vaxtilə Filip Kirkorov, İngrid, İnna kimi məşhurlar iştirak edib.