Azərbaycanı “Eurovision-2009” mahnı müsabiqəsində təmsil edən müğənni Aysel Teymurzadədən xəbər var. Lent.az-ın məlumatına görə, pianoçu Murad Adıgözəlzadə ilə ailəli olan Aysel ikinci dəfə ana olmağa hazırlaşır.
Xatırladaq ki, 2012-ci ilin sentyabrın 5-də ailə quran cütlüyün 1 övladı var.
A.Teymurzadənin ailə qurduğu M.Adıgözəlov məşhur Adıgözəlovlar nəslindəndir. O, 1973-cü il noyabrın 20-də Bakı şəhərində anadan olub. Aysel isə 1989-ci il aprelin 25-də doğulub.