Ötən gün paytaxt restoranlarının birində xalq artisti Aygün Kazımova 43 yaşını qeyd edib. Lent.az-ın verdiyi məlumata görə, prodüser Tolik (Tarix Əliyevin) təşkilatçılığı ilə baş tutan gecəyə müğənnilər müxtəlif obrazları əks etdirən geyimlərdə qatılıblar.
A.Kazımovanın doğum gününə bir zaman küsülü olduğu xalq artisti İlhamə Quliyeva ilə yanaşı, Faiq Ağayev, Rəqsanə İsmayılova, Elçin Cəfərəov, Kərim Abasov, Sevda Yahyayeva, aparıcılardan Zaur Nəbioğlu, Afaq Gəncəli, rejissor Zorik (Zöhrab Ağayev) türkiyəli Tuğba Ekinçi və başqaları qatılıblar. Gecənin ən yadda qalan məqamı isə heç şübhəsiz müğənnilərin qeyri-adi geyimləri, obrazları olub.
Qeyd edək ki, A. Kazımova 1971-ci il yanvarın 26-da Bakıda doğulub.