Aygün Natavana belə cavab verdi: Vız gəlir
28 avqust 2014 12:55 (UTC +04:00)

Aygün Natavana belə cavab verdi: Vız gəlir

Xalq artisti Aygün Kazımova müğənni Natavan Həbibinin şikayəti üzrə Xəzər Rayon Polis İdarəsinə çağırması xəbərinə özünəməxsus şəkildə cavab verib. Lent.az-ın məlumatına görə, A.Kazımova “İnstagram” səhifəsində video paylaşıb və Natavanın adını çəkmədən ona ismarıc göndərib: “Canlarım, yolumuz Nabranadır. Qalan söhbətlər isə vız gəlir bana”.

 

Müğənnin bu sözləri Natavan Həbibinin fanatlarının xoşuna gəlməyib. Onlar A.Kazımovanın paylaşdığı videonun altına xoşagəlməz sözlər yazıblar. Amma çox keçməyib ki, prodüser Tolik də (Tarix Əliyev) söhbətə qarışıb və N.Həbibinin sevənlərinin cavabını verib.

 

Həmin şərhləri qeyri etik olduğuna görə təqdim etmirik.

 

Xatırladaq ki, N.Həbibi “Qafqazinfo”ya açıqlamasında A.Kazımova barəsində bu sözləri demişdi:  “Bəli, mən Aygün Kazımovanı, Tolik və Zoriki məhkəməyə vermişəm. Bu 3 şəxs hər dediyi ifadələrə görə qanunla cavab verəcəklər. Aygün Kazımova mənə nə edibsə, ömrümün sonunadək hamısını qaytaracam. Erməni söhbətini ilk dəfə o qaldırıb. Mənə nə edibsə, 5 qatı ona qayıdacaq. Heç vaxt onu bağışlamaram. Allah cavabını versin. Mənim haqqımda nə deyirsə, hamısı özüdür, özünə deyir. Mən heç kimin qabağında susmamışam və susmaram. Yaşayış yerim üzrə Xəzər rayon polis idarəsinə müraciətimlə bağlı Aygün Kazımova polis idarəsinə çağırılıb və izahatı alınaraq tədbir görülüb. Vaxtı gələndə hamısını ətraflı açıqlayacam. Hər şeyin öz vaxtı var. Natəvan onlar kimi deyil, Natəvan çox ağıllıdır”.

 

# 3966
avatar

Yalçın UĞUR

Oxşar yazılar