Müğənni Lətifə Soyuöz növbəti layihəsinin hazırlıqlarına başlayıb. Lent.az-a açıqlama verən ifaçı “Falan filan” adlı klip çəkdirdiyini bildirib: “Növbəti bahalı klipə imza atıram. Hazırlıq prosesi düz 8 ay çəkdi. Məkan, dekorasiya, geyimlərin hazırlanması çox vaxt apardı. Çünki çox fərqli geyimlər hazırlandı. Modelyer Renat Ramazanla çalışdım. Ekran işinin rejissoru Anar Hüseynovdur. Bu günə qədər kliplərim dramatik janrda olub. İndiki isə tam fərqli bir mövzudadır. Klip kinokameraya çəkilir. Ekran işi üzərində 50 nəfərdən ibarət heyət çalışır. “Falan filan”ın musiqisi günel Sərdarqızına aiddir. Klip tam hazır olduqdan sonra mediaya təqdim edəcəyik”.
Qeyd edək ki, L.Soyuözün “Falan filan” klipində geyimlərini hazırlayan Renat Ramazan uzun illərdir xalq artisti Aygün Kazımova ilə işləyir.