Xalq artisti Aygün Kazımova Türkiyədə növbəti layihəyə imza atmaq niyyətindədir. Lent.az-ın məlumatına görə, o, ATV-nin “10-lar” verişində bildirib ki, Türkiyənin iki məşhur müğənnisinin bəstəsini oxuyacaq: “Sərdar Ortaç mənə iki mahnı göndərib, indi onlardan birini seçməliyəm. O biri mahnını isə tanınmış bəstəkar-Yıldız Tilbe mənim üçün yazıb. O da əla bir mahnıdır”.
İstanbulda olan A. Kazımova əməliyyatdan sonra hələ də özünə gəlmədiyini deyib: “Keçirtdiyim son əməliyyat ağır idi. İndi də həkimə gedir, müayinə olunuram. Heç bilməzdim ki belə ağır olacaq. Hələ də özümə gəlməmişəm”.
Qeyd edək ki, bu, Aygünün Sərdar Ortacla növbəti işbirliyi olacaq. Bundan öncə Sərdarın bəstəsi olan “Hayat ona gözəl” adlı mahnını ifa edib.