Xalq artisti Aygün Kazımova ona canlı efirdə 1111 qızıl gül göndərən şəxsə sürpriz hazırlayıb. Lent.az-a açıqlama verən xalq artisti bildirib ki, o, sevgilisinin jestini cavabsız qoymayacaq: “Canlı efirdə sevdiyim şəxs tərəfindən hədiyyə almağım mənim üçün xoş oldu. Mən də öz növbəmdə cavab olaraq “Sənə xəstəyəm” adlı mahnını lentə aldırdım. Sözləri Fərdiyə, musiqisi Hakan Erola məxsus olan bəstənin aranjemanı Türkiyədə gerçəkləşəcək. Bəstəni oktyabrda təqdim edəcəm. Düşünürəm ki, bu hədiyyəm onun ürəyincə olacaq”.