Aygün Bəylər səhnəni birdəfəlik tərk etdi
07 oktyabr 2013 00:50 (UTC +04:00)

Aygün Bəylər səhnəni birdəfəlik tərk etdi

Əməkdar artist Aygün Bəylər səhnəni birdəfəlik tərk etdi. ANS PRESS-in məlumatına görə, müğənni bu qərarını ATV-Maqazin proqramına açıqlayıb.

 

O, öz qərarını dəhşətli vəziyyətdə olan şou-biznesin bir hissəsi olmaq istəməməsi ilə izah edib: "Mən artıq oxumuram, oxumaqdan daha ciddi bir sənətlə məşğul olmaq qərarına gəldim. Hətta toylarda və tədbirlərdə də oxumayacam. Şou-biznes mənlik deyil. Yeksənəklikdən yoruldum, həyatımı dəyişməyə, özümü bütünlüklə qızıma və yeni işimə həsr etməyə qərar verdim".

 

A. Bəylər bildirib ki, əvvəlki imicini qaytarıb - saçını qısa kəsdirib, kişi paltarı geyinir, çünki belə özünü daha rahat hiss edir: "Belə görkəmdə özümü rahat hiss edirəm. Belə daha yaxşıdı mənə."

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5591

Oxşar yazılar