Bu gün müğənni Ayan Babakişiyevanın doğum günüdür. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, hər il təmtəraqlı doğum günü keçirsə də, bu il ənənəsinə sadiq qalmayacaq: "Ad günü keçirmək əhval-ruhiyyəsində deyiləm. Bu gün adi günlərdən biri olacaq. Təbriklər alıram, ən böyük hədiyyəm qızım Selenanın həyatımda var olmasıdır".
Qeyd edək ki, Ayan Babakişiyeva 1989-cu il aprelin 12-də Gəncə şəhərində anadan olub. Professional səhnəyə Elçin İmanovun "Sənin xatirinə" mahnısı ilə gəlib. Ayanın repertuarında Elçin İmanov, Kamal, Xanım İsmayılqızı, Aygün Bəylər, Faiq Sücəddinovun bəstələri üstünlük təşkil edib. Ailəli olub, Selena adında bir qızı var.