Bir neçə gün öncə ağır avtomobil qəzasından sonra xəstəxanaya yerləşdirilən “Toylar kraliçası” müsabiqəsinin ikincisi müğənni Tereza Əliyeva başına gələn hadisədən danışıb. Lent.az-a açıqlama verən müğənni bildirib ki, bu gündən ev şəraitində müalicə alacaq:
“Keçirdiyim ağır qəzadan sonra hələ indi-indi özümə gəlirəm. Buna görə də, həkimlərə minnətdaram. Hazırda müalicəm davam edir. Başıma gələn bu hadisədən sonra ölkəmizin bir sıra bölgəsindən, hətta ölkə xaricindən bir çox həmvətənlərimiz narahat olaraq dayanmadan zəng vururdular. Buna görə də onlara minnətdarlığımı bildirirəm. Demək istəyirəm ki, narahat olmayın indi yaxşıyam”.