Aşiq Samirənin ilk duet ortağı kim oldu?
05 fevral 2015 13:43 (UTC +04:00)

Aşiq Samirənin ilk duet ortağı kim oldu?


Əməkdar mədəniyyət işçisi Aşıq Samirə ilə "Qala" qrupunun solisti, bəstəkar-müğənni Ceyhun Əliyev bir araya gələrək, duet ifa ediblər. Lent.az-ın məlumatına görə, Aşiq Samirə C.Əliyevlə "Xoşbəxt oluram" adlı mahnıya klip də çəkdiriblər.

Ekran işinə quruluş verən rejissor Delee Lent.az-a açıqlama verərək deyib ki, sözügedən mahnı ilə klip eyni anda mediaya təqdim  olunacaq: “ Samirə xanım və Ceyun bəyin istəyi bu oldu ki, sözləri idmançı Anar Süleymanov, musiqi Ceyhunun özünə məxsus olan mahnı vizual məhsul formasında sevənlərinə təqdim olunsun. "Xoşbəxt oluram" adlı duet internet saytlarında yerləşdirilməyib, heç radio dalğalarında da səslənmir. Klipdə Amerikada peşəkar stilistlərdən təhsil almış həmyerlimiz, Səbinə İsmayılovanın zəhmətini xüsusi vurğulamaq istəyirəm. Geyimlərin seçilməsindən tutmuş, qrimə qədər hər şey ona həvalə olunub. Sürpriz olsun deyə klipin süjet xəttini açıqlamıram. Ümid edirəm ki, tamaşaçılar çəkdiyimiz zəhməti layiqincə qiymətləndirəcəklər".

 

Klip barədə Aşiq Samirə də öz fikirlərini bölüşdü: "Mahnı o qədər pozitiv notlarla yazılıb ki, bunu hansısa sözlərə ifadə etməkdə çətinlik çəkirəm. Söz və musiqi bir-birini çox tamamlayır. İnşAllah eşidəndə çox oxucularınız mənimlə həmfikir olacaqlar. Tərif kimi çıxmasın, içimdən bir səs deyir ki, bu real hitə namizəddir. Bütün sevib-sevənlər "Xoşbəxt oluram" da öz pak hisslərini tapacaqlar. Ceyhun və Anara bu gözəl mahnı üçün təşəkkür edirəm. Klipin ilk çəkiliş gününə gəlincə, yaradıcı heyət bütünlüklə gənclərdən ibarətdir. Özüm də daim yenilik etməyə səy göstərən gənclərdənəm. Odur ki, həm Delee həm də Səbinə xanımın, komandamızın işindən razı qaldım. Əlbəttə ki, yekun qərarı tamaşaçı verəcək. Çəkdiyimiz zəhmətin hədər getməyəcəyinə inanıram".


Samirənin ilk duet ortağı Ceyhun da təəssüratlarını dilə gətirdi: "Bu duetin ilk notlarını yazanda özlüyümdə qərar verdim ki, yalnız Aşıq Samirə ilə mahnını ifa edə bilərik. Demək ki, fikrimdə yanılmadım. Samirə xanım mahnını dinləyəndə bəyəndiyini gizlətmədi və beləcə düşündüyüm duet ərsəyə gəldi. Məncə bu mahnı çox qısa zamanda sevgi himninə çevriləcək”.

 

Qeyd edək ki, fevralın sonlarında mediaya təqdim olunacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 179
avatar

Yalçın UĞUR

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07