Anasını itirən azərbaycanlı müğənnidən ürək dağlayan<span style="color:red;"> SÖZLƏR
25 noyabr 2014 11:46 (UTC +04:00)

Anasını itirən azərbaycanlı müğənnidən ürək dağlayan SÖZLƏR

Bu il iyunun 7-də anasını itirən tarzən-müğənni Humay Qədimova onun yoxluğuna uyğunlaşa bilmir. Lent.az-ın məlumatına görə, o, sosial şəbəkədəki səhifəsində dünən anasının doğum günü olduğunu, bu günü anasız qeyd etməyin çətinliyini yazıb:  “Sağ olsaydı 53 yaşını qeyd edəcəkdi. Amma o, indi doğum gününü bizsiz qeyd edir. Sənsiz qaldıq. Çox təəssüf edirəm ki, sənsiz qaldım. Sənsiz bu işıqlı dünya mənə zülmətdir. Quru nəfəsin olardı, amma yanımda olardın. Bilmirəm, sənsiz neçə aylarımı, illərimi keçirəcəm. Amma onu bilirəm ki, sənsiz keçirdiyim hər gün əzabdır. Allah sənə rəhmət eləsin, gözəl, mehriban, qayğıkeş anam. Qəbrin nurla dolsun. Təsəllim yuxularda görüşümüzdür”.

 

 

Qeyd edək ki, H.Qədimovanının anası uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3132
avatar

Yalçın UĞUR

Oxşar yazılar