Ana olmağa hazırlaşan Ayan yenə onu seçdi
19 fevral 2014 10:55 (UTC +04:00)

Ana olmağa hazırlaşan Ayan yenə onu seçdi

Ana olmağa hazırlaşan müğənni Ayan Babakişiyevanın Nadir Qafarzadə ilə  ifa etdiyi “Sənin üçün”  mahnısının 2-ci hissəsi hazırlanır. Bu barədə Lent.az-a məlumatı müğənni verib. Müğənni bildirib ki, davamını da ilk duetin müəllifi olan meyxanaçı Samir Vida yazıb: “Çox dəyərli həmkarım Nadirlə oxuduğum mahnı çox sevildi. Düşündük ki, yenidən bir duet ifa edək. “Sənin üçün-2” adlı duet barədə onu deyə bilərəm ki, hər kəsi həyəcanlandıracaq, eyni zamanda təəccübləndirəcək”.

Qeyd edək ki, bundan öncəki duet müxtəlif internet səhifələrdə rekord sayda ( 4 milyona yaxın) izlənilib.

# 2023
avatar

Yalçın UĞUR

Oxşar yazılar