Almaniyanın ən gözəl türkü
10 noyabr 2013 00:11 (UTC +04:00)

Almaniyanın ən gözəl türkü

Almaniyanın Gelsenkirçen şəhərində bu il  düzənlənən «Miss Turkuaz 2013»" gözəllik yarışmasının qalibi 22 yaşlı Əlif Özkan olub.

 

Lent.az-ın Türkiyə informasiya vasitələrinə istinadən məlumatına görə, ölkənin ən gözəl türk-almanı seçilən universitet tələbəsi  Əlifini ilk təbrik edən atası 51 yaşlı Yunus Özkan olub.

 

Jurnalistin «Əlif bikini ilə poz verəndə narahat olmadınız» sualına cavabında Yunus Özkan deyib: «Nədən bir problem olsun. Əlif özünə güvənən bir qızdır, o nə etdiyini bilir».

 

Əlifin boyu bir metr 78 sm, çəkisi 59 kq-dır. 19 iştirakçı arasında o, birinciliyi ötən ilin birincisi Damla Bingöldən alıb

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2369
avatar

Oxşar yazılar