Amsterdamda «Oosterpark»-a yığışan alkoqoliklər bundan sonra küçələri təmizləyəcək.
Lent.az-ın «Frans Press»-ə istinadən məlumatına görə, bu iş üçün onlara gündə 10 avro, yarım qutu tənbəki, 5 banka pivə veriləcək – ikisi gün başlayandan, 2-si naharda, bir iş bitəndən sonra.
«Göy qurşağı» adlanan bu layihənin başçısı Cerri Holterman şəraiti belə dəyərləndirib: «Alkoqoliklər cəmiyyətdə rahatsızlıq yaradır: dava salır, hay-küy qoparır, qadınlara sataşırlar. Layihənin məqsədi onların başını bu işlə qatıb, onları problem yaratmaqdan uzaqlaşdırmaqdır».
Bu əyyaşlar 10 nəfərlik iki qrupa bölünəcək. Hər qrup həftədə 3 gün işləyəcək.