Azərbaycanlı stilist Nəsir Babayev “Hər şey daxil” verilişində müzakirələrə səbəb olacaq açıqlama verib. Lent.az-ın məlumatına görə, stilist bildirib ki, şou-biznesdə xanım müğənniləri arasında əməkdar artistlər Elza Seyidcahan, Manana Çaparidze və müğənni Xumar Qədimovanı çox zövqsüzdür: “Azərbaycanda zövqlü müğənni hədsiz dərəcədə çoxdur. Hətta nə qədər çalışsalar belə, zövqsüzdülər. Məsələn Xumar Qədimova, Elza Seyidcahan, Manana Çaparidze zövqsüzdü. Sənətlərini bir kənara qoyaraq, mən onların saçlarına, makiyajalrına, geyim tərzlərinə qiymət verdim. Baxmayaraq ki, Manana ilə dostam, amma onun adını da çəkdim. Zövqsüzdür”.
Stilist Aygün Kazımova, Sevda Yəhyayeva, Günay İbrahimlini şou-biznesdə ən dəbli xanım müğənnilər kimi dəyərləndirib.