<b> Röya yenidən Türkiyədə səsverməyə çıxarıldı </b>
22 mart 2014 10:36 (UTC +04:00)

Röya yenidən Türkiyədə səsverməyə çıxarıldı

Türkiyənin “Kral TV” telekanalının təşkil etdiyi “Türkiyə Musiqi Ödülləri”nin nominantları sırasına Azərbaycandan müğənni Röya Ayxan da qoşulub. Lent.az-ın məlumatına görə, bu səs vermə Türkiyədə 20 ilə yaxındır keçirilir. Azərbaycandan müsabiqəyə qatılan Röya “Gəmiçilər” mahnısı ilə “Ən yaxşı mahnı” və “Ən yaxşı sinql” nominasiyalarında yarışacaq.

 

Xatırladaq ki, ötən il Azərbaycandan “Türkiyə Musiqi Ödülləri” müsabiqəsinə iki küsülü müğənnimiz - Röya Ayxan və Aygün Kazımova qatılsalar da yer tuta bilməmişdilər.

 

Qeyd edək ki, internet vasitəsi ilə aparılan səsvermənin nəticələri apreldə bəlli olacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2437
avatar

Yalçın UĞUR

Oxşar yazılar