“Qarabağ” – “Dnepr” oyununu Azərbaycan şou-biznesinin bir çox tanınmış simaları da canlı izləyib. Lent.az-ın məlumatına görə, Tofiq Bəhramov adına stadiona gələn azarkeşlər arasında əməkdar artist Səlim Abbasov, müğənnilərdən Vasif Məhərrəmli, Xatirə İslam, Rəvan Qarayev, aktyor Bəhram Bağırzadə, aparıcı Xoşqədəm və onun həyat yoldaşı, türkiyəli müğənni Doğuş, eləcə də digər tanınmışlar da olub. Məşhurlar oyun zamanı çəkilmiş fotoları sosial şəbəkədəki səhifələrinə yerləşdiriblər.
Qeyd edək ki, Xatirə İslam oyunu izləməyə həyat yoldaşı və oğlu ilə birgə gəlib. Həmkarı Vasif Məhərrəmli onunla birgə şəkil çəkdirərək, fotoya “Əziz dostum Xatirə İslamla “Qarabağ”a dəstək olmağa gəlmişik. Uğurlar” şərhini verib.
X.İslam isə “Qarabağ”ın oyunundan sonra “Həvəslə oyuna baxmağa getmişdim. Özü də demişdim ki, “Qarabağ” 2-1 udacaq. Amma nədənsə əksinə oldu”.
Qeyd edək ki, “Qarabağ” – “Dnepr” oyunu ( 1-2) hesabı ilə başa çatıb.