"Nəsimi"nin Fatması: <span style="color:red;">"Yeni film dəvətləri almışam"
22 yanvar 2016 14:01 (UTC +04:00)

"Nəsimi"nin Fatması: "Yeni film dəvətləri almışam"

 “Nəsimi” filmində Fatma obrazını canlandıran əməkdar artist Xalidə Quliyeva “Ondan sonra” verilişinin qonağı olub. Lent.az-ın məlumatına görə, aktrisa fəaliyyətindən bəhs edib: “Bu günə qədər yaratdıqlarımıza görə pedaqoqlarımıza minnətdar olmalıyıq. Ədil İsgəndərova, Elmira Şabanovaya, Həsən Seyidbəyliyə ölənə qədər borcluyam. Onların zəhməti nəticəsində biz yaşadıq, yaşatdıq. Bu günə qədər bir çox filmlərdən dəvət almışam. Amma çoxundan imtina etmişəm. Bir məqsədim var idi ki, sənətimi qoruyum. İstedad tanrı tərəfindən insanlara verilən hədiyyədir. Bu hədiyyəni qoruyub, saxlamaq isə bizim borcumuzdur. Həmişə çalışmışam ki, sənətimə hörmətlə yanaşım. Aktrisalıqdan uzaqlaşmamışam, bu gün də varam. “Bir ailəm var” serialında çəkilirəm. Yeni film, serial dəvətləri də almışam”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 321

Oxşar yazılar