"Maşın" şounun daha bir iştirakçısı yarışmaya "əlvida" deməli olub. Lent.az-ın məlumatına görə, yarışmanın növbəti günündə aktyor Səbuhi Xanlarov səsverməyə çıxarılıb və o, səs topladığı təqdirdə rejissor Kənan Mahmudovu oyundan uzaqlaşdıracağını öncədən açıqlayıb. Lakin sonda aktyor səs toplaya bilməyib və yarışmadan gedib.
Onu da əlavə edək ki, S.Xanlarov 46,21 faiz səs yığıb.
Qeyd edək ki, veriliş hər axşam saat 22:00-da ATV-də yayımlanır. Verilişdə baş verənləri aşağıdakı linkdə izləyə bilərsiz.