<b>Eldar Qasımov:</b> “Hazırda iki hiss keçirirəm...”
05 fevral 2014 12:50 (UTC +04:00)

Eldar Qasımov: “Hazırda iki hiss keçirirəm...”

“Eurovision-2011” mahnı müsabiqəsinin qalibi Eldar Qasımov ilk solo konsertinə hazırlaşır. Bu barədə Lent.az-a müğənni özü məlumat verib. İfaçı bildirib ki, ilk solo konsertinin adı, məkanı və vaxtı da məlumdur: “Nəhayət xeyli müddətdir keçirmək istədiyim solo konsertimi gerçəkləşdirəcəyəm. Bunun üçün bütün hər şey hazırdır. Belə ki, fevralın 23-də, saat 20:00-da “Pasifico” klubda “The one” adlı konsertim olacaq. Hazırda iki cür hiss keçirirəm. Birinci böyük məsuliyyət, ikinci isə vaxt azlığı. Bunlara baxmayaraq məni sevən dinləyicilərimə demək istəyirəm ki, ilk solo konsertimdə sizləri gözləyirəm. Bir xahişim də var, konsertimə gəldiyiniz zaman rahat olun. Siz, mən, gecə və mahnılar. Məncə çox gözəl bir gecə həyata keçirəcəyik”

# 1260
avatar

Yalçın UĞUR

Oxşar yazılar