<b> "Arvadım məni qısqanır, mən onu yox" - <span style="color:red;">Kişi müğənnimizdən AÇIQLAMA</b>
13 oktyabr 2017 16:17 (UTC +04:00)

"Arvadım məni qısqanır, mən onu yox" - Kişi müğənnimizdən AÇIQLAMA

Müğənni İlqar Xəyal şəxsi həyatından danışıb.

 

Lent.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişində qonaq olan ifaçı həyat yoldaşından və oğlundan söhbət açaraq bildirib ki, oğlunun müğənni ilə ailə qurmasına etiraz etməz: “Başqa bir kişinin qızını alıb özümə həyat yoldaşı eləmişəm. Sənətçi olaraq mənə hələ bir insan gəlib deyə bilməz ki, mən onun qarşısında hansısa nalayiq hərəkət etmişəm. Digər sənət sahibləri arasında nə çox  tərbiyəsiz insanlar var. Mənim ortancıl oğlum Murad Adıgözəlzadənin sinfində oxuyur, klassik əsər pianoçusudur. O sabah gəlib desə ki, mən hansısa bir musiqiçi ilə ailə qurmaq istəyirəm, mən buna çox normal yanaşaram. Çünki onlar bir-birini daha yaxşı başa düşərlər. Mənim yoldaşım hər zaman məni qısqanıb. Mənsə onu qısqanmamışam".

 

Qeyd edək ki, İ.Xəyalın 3 oğlu var. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 344

Oxşar yazılar