«Kainat gözəli» bilindi
10 noyabr 2013 00:51 (UTC +04:00)

«Kainat gözəli» bilindi

 

«Kainat gözəli - 2013» müsabiqəsinin qalibi Venesueladan olan Qabriel İsler olub.

 

 

Lent.az-ın məlumatına görə, qalibə 120 min dollar mükafatla yanaşı, başqa hədiyyələr də verilir. Bu isə 4 milyon dolları keçir.

 

O, gözəllik tacını ötən ilki qalib Oliviya Kalponun əlindən alıb.

 

190 ölkənin yayımladığı bu müsabiqənin finalına 16 iştirakçı çıxıb.

 

Yarışma «Kainat gözəli»-nin 60 illiyi ilə bağlı ilk dəfə Rusiyada keçirilib.

 

Xatırladaq ki, ölkəmizi bu müsabiqədə Aysel Manaflı təmsil edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2699
avatar

Oxşar yazılar