«Çılpaq rəqsin» cəzası: 10 il iş, 2000 şallaq
04 oktyabr 2013 04:53 (UTC +04:00)

«Çılpaq rəqsin» cəzası: 10 il iş, 2000 şallaq

Bir müddət öncə Səudiyyə Ərəbistanının hakimiyyəti ölkədə çal-çağırı yasaqlayan qərar qəbul edib.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, krallığın məhkəməsi öz avtomobilinin damında soyunaraq, rəqs edən yeniyetmə barəsində hökm çıxarıb.

 

Məhkəmənin qərarına əsasən, ona 10 il kəsilib.Bundan başqa yeniyetməyə iki min şallaq vurulacaq. Məhkəmənin qərarı ilə «nalayiq hərəkətinə» görə o, 50 min rial (13 min 300 dollar) məbləğində cərimə ödəyəcək.

 

Çılpaq halda damında rəqs etdiyi avtomobili isə müsadirə olunacaq.

 

«Gulfnews.com»-un məlumatında bildirilib ki, onunla birlikdə həmin çal-çağırda iştirak edən daha üç nəfər barəsində bir az yumşaq cəza verilib. Onlardan birinə 7 il iş kəsilib, iki min şallaqla cəzalanıb. O biri iki nəfərin hər biri 5 il azadlıqdan məhrum edilib. Onlara  min 200 şallaq da vurulacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2133
avatar

Oxşar yazılar