Azərbaycanın “Eurovision-2014” təmsilçisi Dilarə Kazımova “Start a Fire” mahnısını doğma dildə ifa edib. Lent.az xəbər verir ki, bəstənin Azərbaycan versiyası “Bir qığılcım” adlanır.
Dilarə bildirib ki, belə bir versiyanın yaranmasını mahnını ilk dəfə eşitdiyi andan arzulayıb: “Mənim ifa etdiyim “Start a Fire” mahnısı dərin mənalı bir mahnıdır. Onun süjeti mənə və mənim ölkəmə çox yaxındır. Mən mahnının doğma dilimə tərcümə olunmasını səbirsizliklə gözləyirdim”.
Qeyd edək ki, D.Kazımova “Start a Fire” mahnısını may ayının 6-da Danimarkanın paytaxtı Kopenhagendə təqdim edəcək.
Yalçın Süleymanov