“Eurovision-2014”-ün Azərbaycan təmsilçisi Dilarə Kazımovanın müsabiqədə ifa edəcəyi mahnı müəyyənləşib. Lent.az-ın məlumatına görə, D.Kazımova B&W Hallerne arenasında “Start a Fire” mahnısı ilə çıxış edəcək. Mahnının sözlərində deyilir: “Hətta ən zəif işıq belə alov yarada bilər”.
Xatırladaq ki, “Start a Fire” mahnısının müəllifləri Yohann Kronland, Allessandr Qutxardt və Stefan Örndur.