Gizli şəkildə ailə qurduğunu açıqladıqdan sonra mətbuatda müzakirə olunan müğənni Ayan Babakişiyeva artıq ana olmağa hazırlaşır. Lent.az verdiyi məlumata görə, bu barədə xalq artisti Aygün Kazımova “İnstagram səhifəsində yazıb: “Bütün subaylara qismət olsun. Ayan sevir-sevilir və çox xoşbəxtdir. Tezliklə ana olacaq ,inşallah, sağ-salamat!". Xalq artisti A. Kazımovanın şərhi maraqla qarşılanıb.
Qeyd edək ki, A. Kazımova ötən gün mətbuatda müzakirə olunan A. Babakişiyevanı sosial şəbəkə vasitəsi ilə müdafiədə edib: “"Ayanın gözəlliyini, dürüstlüyünü, istedadını, yeni və xoşbəxt evliliyini çəkə bilmirsinizsə, ey həşərat sülaləsi, onda, gedin dərd çəkin".