Müğənni Natavan Həbibi imicini dəyişib. Lent.az-ın məlumatına görə, uzun saçlarını kəsdirən müğənni bildirib ki, imici üzərində stilist Anar Ağakişiyev çalışıb: “Anar, sən sənətkarsan. Çox sağ ol. Səni sevirəm”. İfaçının yeni imici sosial şəbəkədə maraqla qarşılanıb.