9 yaşlı qızın ərə verilməsinin qarşısı alınıb
09 noyabr 2013 06:51 (UTC +04:00)

9 yaşlı qızın ərə verilməsinin qarşısı alınıb

Yəmənin İnsan Haqları üzrə Nazirliyi bildirib ki, qurum əməkdaşları atasını 9 yaşlı qızını ərə verməkdən daşındırıblar.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, azyaşlı qızın ərə verilməsinin məmurlar tərəfindən qarşısının alınması Yəməndə ilk hadisədir.

 

 

Nazirlik əməkdaşları bildirib ki, ölkədə nikah yaş həddinin müəyyənləşdirilməsi haqda qanun qəbul edilməlidir. Hüquq müdafiəçiləri nikah üçün aşağı yaş həddini 18 yaş təklif edib.

 

Din adından çıxış edənlər, mühafizəkar dairələr buna qarşı çıxır. Onların iddiasına əsasən, bu «islam qanunları və milli adət-ənənələrlə ziddiyyət təşkil edir».  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2373
avatar

Oxşar yazılar