60 yaşını qeyd edən Nisə Qasımova özünə nə hədiyyə etdi?
13 fevral 2014 10:23 (UTC +04:00)

60 yaşını qeyd edən Nisə Qasımova özünə nə hədiyyə etdi?

Bu gün Azərbaycan musiqisinin canlı əfsanəsi, xalq artisti Nisə Qasımovanın doğum günüdür. Lent.az xəbər verir ki, 60 illik yubileyini qeyd edən müğənni bu il də doğum gününü təmtəraqsız, ailə üzvlərinin əhatəsində qeyd edəcək. Müğənni ad günü ərəfəsində öz istəyi ilə rəngarəng fotosessiya reallaşdırıb.

 

 

N. Qasımova xoş günündə öz təəssüratlarını bu cür dilə gətirib: "Mən heç zaman ad günümü qeyd etməyi sevməmişəm, amma bu dəfə yubiley olduğundan özümə hədiyyə etməyi qərarlaşdırdım. Fotolar vasitəsilə özümə bir də illərdən sonra baxmaq istədim. Nəticə də könlümcə oldu".

 

Xatırladaq ki, fotosessiyada modelyer Şəlalə Maqsudova, ukraynali vizaj ustasi Lola Bagisheva  və fotoqraf Ruslan Teymurfulatov xalq artisti ilə bərabər çalışıblar.
 

 

Qeyd edək ki,  Nisə Qasımova 1954-cü ildə Bakıda anadan olub. 8 yaşından Əfsər Cavanşırovun rəhbərliyi ilə "Bənövşə" uşaq xorunun solisti olaraq ilk dəfə səhnəyə qədəm qoyub. Daha sonralar "S pesnyami jizni" beynəlxalq mahnı müsabiqəsində birincilik qazanıb. 1972-ci ildən isə dövlət televiziyasının solisti olan müğənni Almaniya, Ukrayna, Danimarka, Birləşmiş Ərəb Əmirlikləri, Əfqanıstan, İslandiya, Türkiyə, Rusiya və s. ölkələrdə solo konsert proqramları ilə çıxış edib. Nisə Qasımova 1994-cü ildə ilk dəfə dövlət televiziyasında müğənni aparıcı kimi fəaliyyət göstərib. Hazırda isə şəxsi productionunda fəaliyyətini davam etdirməklə yanaşı, gənclərə dəstək üçün layihələr həyata keçirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1538
avatar

Yalçın UĞUR

Oxşar yazılar