Bu gün Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “Yaxşıların yaxşısı - 2013” adlı mükafatlandırma mərasimi baş tutub. Lent.az-ın məlumatına görə, tədbirin aparıcılığını Afaq Gəncəli və İlkin Həsəni edib. Gecədə Azərbaycanın müxtəlif sahələrində fərqlənən şəxslər mükafatlandırılıb. Onların sırasında şou nümayəndələri müxtəlif nominasiyalar üzə təltif olunub. Lent.az mükafatlandırılanların bir qismini təqdim edir:
"İlin ən çox sevilən dueti" - xalq artisti Zülfiyyə Xanbabayeva və Miri Yusif "Dostum"
"İlin ən yaxşı aparıcısı" - İlkin Həsəni
"İlin ən yaxşı xanım aparıcısı" - Afaq Gəncəli
"İlin siması" - Günay İbrahimli
"İlin qlamur müğənnisi" - Sevda Yahyayeva
"İlin hitmeykeri" - Elçin Cəfərov
"İlin mahnısı" - Zülfiyyə Xanbabayeva "Sən Azərbaycanlısan"
"İlin ən yaxşı lirik mahnısı" - Ramal İsrafilov "Mən səni bu qədər sevməməliydim"
"İlin ən işgüzar prodüseri" - Tarix Əliyev
"İlin xanım diceyi" - Nurlana Cəfərova
"İlin anşlaq konserti" - "Bu şəhərdə"
"İlin ən sevilən müğənnisi" - Röya Ayxan
"İlk dəfə Hollivud ulduzu ilə duet layihəsi" - "Coffee from Colombia" duetinə görə xalq artisti Aygün Kazımova
“İlin radiosu” – Azad Azərbaycan 106.3 fm
"İlin ən dəbli televiziya layihəsi" - "Özünə bax"
"İlin ən yaxşı maqazin verilişi" - "Onlar"