18 yaşlı azərbaycanlı Ukraynanı ayağa qaldırdı
11 mart 2014 18:43 (UTC +04:00)

18 yaşlı azərbaycanlı Ukraynanı ayağa qaldırdı

Dünyaca məşhur “Qolos” layihəsinin Ukrayna versiyasına azərbaycanlı iştirakçı qatılıb. Lent.az məlumatına görə, şouda əslən Bakıdan olan, hazırda isə Xarkovda yaşayan 18 yaşlı Vaqif Nağıyev də çıxış edib. Bu çıxışdan sonra tamaşaçılar Vaqifi ayaq üstə alqışlayıblar.

 

O, görkəmli Azərbaycan sənətkarı Müslüm Maqomayevin repertuarından  “O more, more” adlı parçanı ifa edib.

Vaqifin ifasını eşidən münsiflər heyrətlərini gizlədə bilməyiblər. Hər biri Vaqifi öz komandasında çalışmağa dəvət edib.

Vaqif Nağıyev Tamara Qvertisellinin komandasında çıxış etməyi qərara alıb.

 

Həmin video-görüntünü təqdim edirik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5329

Oxşar yazılar